Bu bir günlük səfərdə yol və şəhərsalma naziri Şimal-Cənub dəhlizinin və Fars körfəzindən-Qara dənizə marşurutunun bir hissəsi olan Əkərək-Kacaran yolunun tikintisinə dair müqavilənin imzalanması mərasimində və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı danışıqlarda iştirak edəcək.
Bu səfərdə iki ölkə arasında İran aviaşirkətləri üçün lisenziyaların verilməsi, yol rüsumlarının qaldırılması, Şimal-Cənub Dəhlizi və Fars Körfəzi-Qara dəniz dəhlizi çərçivəsində əməkdaşlığın təşviqi ilə bağlı əməkdaşlıq; habelə, dəmir yolu daşımalarının genişləndirilməsi və İranın logistika və liman imkanlarından istifadə edilməsi mövzularında danışıqlar və fikir mübadiləsi aparılacaq.
Məlumata görə, yol və şəhərsalma naziri Ermənistana bir günlük səfərdə baş nazir Nikol Paşinyan, ərazi idarəetmə və infrastruktur naziri Gnel Sanusyan və Ermənistan Respublikasının iqtisadiyyat naziri Vahan Kerobyan ilə görüşəcək və danışacaq.
Sizin rəyiniz